Cixisyolu.az İnformasiya Agentliyi - Cixisyolu.az

Dünya

“Almaniyada yaşayan əksər gənclərimizlə qürur duyuram”

Tarix:22:44:55 / 2016-11-09| Oxunma sayı: 1728


Gülnar Hacıyeva: Almaniya gəncləri Azərbaycan gənclərinə çox səmimi münasibət göstərirlər”

Məlum olduğu kimi, bu gün gənc diaspor üzvləri, əsasən, xaricdə təhsil alan tələbələrdən formalaşıb. Diasporun yeni nəslinin isə aktivliyi istənilən səviyyədə müşahidə olunmur. Yaşlı və orta nəsil diaspor üzvlərinin övladlarının aktivliyini gücləndirmək üçün “Gənc diaspor üzvləri” adlı yeni rubrikaya başlayırıq. Məqsəd diasporumuzun yetişən yeni nəslinə stimul vermək, onları diaspor fəaliyyətinə hazırlamaq, assimilyasiyanın qarşısını almaqdır. Yəni istərdik ki, xaricdəki gənc soydaşlarımız da valideynləri kimi diaspor işində aktiv olsunlar. Bir ilk olaraq bu missiyanı üzərimizə götürüb, diasporumuzun parlaq gələcəyi üçün xaricdə yaşayan aktiv gənclərimizin müsahibələrini təqdim edəcəyik. Rubrikanın ilk müsahibi Almaniyanın Bonn şəhərində yaşayan Gülnar Hacıyevadır. Qeyd edək ki, G.Hacıyeva 1990-cı ildə Almaniyanın Potsdam səhərində anadan olub. Hal-hazırda Almaniyanın Marbug şəhərindəki Philipps Universitetinin Hüquq fakültəsinin tələbəsidir. O, eyni zamanda tərcüməçilik edir. Bununla yanaşı, Alman-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü olaraq diaspor sahəsində də aktivlik göstərərək doğma Azərbaycanımızı layiqincə təmsil edir, almanlara və Almaniyada yaşayan əcnəbilərə tanıdır.  Nəzərə çatdıraq ki, G.Hacıyeva Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyevanın qızıdır. Naibə xanım qızı Gülnar və oğlu İxtiyarla bir diaspor ailəsi olaraq Almaniyada çoxlu yaddaqalan layihələr keçirib. Bu ailənin bir müddət əvvəl fəaliyyətə başlayan Moda “Baku” dükanı Almaniyada ölkəmizin təbliğatı baxımından əhəmiyyətli addımdır. 

-Alman gənclərinin Azərbaycan gənclərinə münasibəti necədir?
-Deyə bilərəm ki, insanın düşdüyü mühitdən çox şey asılıdır. Almaniya gəncləri Azərbaycan gənclərinə çox səmimi münasibət göstərirlər. Azərbaycanı daha da yaxından tanımaq üçün ailələrlə ünsiyyət qururlar, mədəniyyətimizlə yaxından tanış olurlar. Şəxsən mənim alman rəfiqələrim, tələbə yoldaşlarım hər zaman bizim mətbəx, musiqi, idman və sairə ilə çox maraqlanırlar. Bizim plovu, yarpaq dolmasını çox sevirlər. Toplantılarımızda, Azərbaycan toylarında rəqslərimizi çox gözəl ifa edirlər. Ən çox söhbətimiz tariximizdən və futboldan olur, Qarabağ problemimizi də onlara açıqlayırıq.

-Almaniyada gənclərimizin ictimai aktivliyi hansı səviyyədədir?
-Mən bu gün Almaniyada yaşayan əksər gənclərimizlə qürur duyur və onların yüksək səviyyədə gördükləri işləri alqışlayıram. Almaniyada gənclərimiz çox aktivdirlər, ana vətənimizi, xalqımızı, dövlətimizi layiqincə dəstəkləyirlər.
Bu da çox qürurverici bir haldır. 

-Almaniyada doğulan gənc olaraq Azərbaycan sizin üçün nə deməkdir?
- Baxmayaraq ki, mən Almaniyada anadan olmuşam, burada böyüyüb bu yaşa çatmışam, amma yenə də mən azərbaycanlı qanı daşıyıram. Mən azərbaycanlıyam və mən azərbaycanlı olmağımla çox fəxr edirəm. Azərbaycan mənim doğma Ana Vətənimdir!

-Sizdə Azərbaycana olan bu sevgi haradandır?
-Almaniyada anadan olan bir uşağa vətən sevgisi, Azərbaycan sevgisi haradan gələ bilər? Əlbəttə də ki, ailədən. Bu, mənim şəxsi fikrimdir. Mənə bu sevgini şəxsən, Bonn şəhərində, Alman Azərbaycan Dostluq Cəmiyyətinin sədri və Moda “Baku” mağazasının müdiri, anam Naibə Hacıyeva verib.

-Ailənizdə və ictimai həyatda azərbaycançılığı necə qoruyursuz?
-Anam çox, həddindən çox vətənpərvər bir xanımdır. O, Azərbaycanı Almaniyada layiqincə təmsil edir. Alman və ya əcnəbi toplantılarında bayrağımızı aparır, Azərbaycanın inkişafından, tarixindən, Qarabağ hadisələrindən söhbət edir. 
2011-ci ildə restoran açdı və adını “Bakı” qoydu. İndi isə “Baku” adlı bir mağaza açdı. Mənim anam təkbaşına böyük bir cəmiyyətdir. Mən anamla fəxr edirəm. Şadam ki, o bizə Azərbaycan sevgisini verə bilib!

-Almaniyada böyüyüb boya-başa çatan gənclərimiz dilimizi, adət-ənənəmizi lazımi səviyyədə qoruya bilirlərmi?
-Həm evimizdə, həm də iş yerimizdə, şirkətimizdə hər zaman Azərbaycan bayrağı, kitabları, rəsmlər olub. Biz dilimizi unutmayaq deyə, anam hər zaman azərbaycanca danışıb. Sadəcə, bu yolla biz öz mədəniyyətimizi, adət-ənənələrimizi, azərbaycanlılığımızı qoruyub və Avropada, dünyada gələcək nəslə verə bilərik. Mənə elə gəlir ki, Almaniyada da yüzlərcə azərbaycanlı ailələr, gənclər çalışıb öz adət-ənənələrimizi, dilimizi qoruyub saxlayırlar. 
 



Paylaşın
Şərh Yazin

e-mail ünvanız dərc olunmayacaq.
Lazım alanlar qeyd olunur *

Xəbər Lenti

25 iyul 2017

14 mart 2017

13 mart 2017

10 mart 2017

08 mart 2017

17 fevral 2017

16 fevral 2017

13 fevral 2017

07 fevral 2017

23 yanvar 2017

17 yanvar 2017

16 yanvar 2017

12 yanvar 2017

10 yanvar 2017

09 yanvar 2017

06 yanvar 2017

05 yanvar 2017

30 dekabr 2016

28 dekabr 2016

16 dekabr 2016

15 dekabr 2016

14 dekabr 2016

13 dekabr 2016

09 dekabr 2016

08 dekabr 2016

07 dekabr 2016

06 dekabr 2016

02 dekabr 2016

30 noyabr 2016

29 noyabr 2016

28 noyabr 2016

25 noyabr 2016

24 noyabr 2016

23 noyabr 2016

Bütün xəbərlər

Facebook