Cixisyolu.az İnformasiya Agentliyi - Cixisyolu.az

Siyasət

İlham Əliyev Kanadanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Tarix:14:54:37 / 2016-10-31| Oxunma sayı: 96


Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristofer Con Kuterin etimadnaməsini qəbul edib.

Səfir Kristofer Con Kuter fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Kristofer Con Kuter etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Kristofer Con Kuter paytaxtımızın inkişafının onda dərin təəssürat yaratdığını məmnunluqla qeyd etdi. Kristofer Con Kuter Kanadanın bir sıra mühüm şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən yüksək texnologiyalar, nəqliyyat, turizm sahələrində fəaliyyət göstərdiklərini qeyd etdi. Azərbaycanlı tələbələrin Kanada universitetlərində təhsil aldıqlarını məmnunluqla qeyd edən Kristofer Con Kuter ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğuladı.

Kanadalı diplomat ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Kanada şirkətlərinin uzun illər Azərbaycanda fəaliyyətinə toxunan dövlətimizin başçısı həyata keçirilən birgə layihələrin əhəmiyyətini qeyd etdi.

Prezident İlham Əliyev Bakıda fəaliyyət göstərən Kanada şirkətlərinə məxsus beşulduzlu iki otelin – “Four Seasons” və “Fairmont” otellərinin regionda ən yaxşı otellərdən olduqlarını bildirdi. Dövlətimizin başçısı “Fairmont” otelinin yerləşdiyi müasir memarlıq üslubunda inşa edilən “Alov qüllələri” kompleksinin Bakının yeni simvollarından biri olduğunu dedi.

Prezident İlham Əliyev Kanada şirkətləri ilə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.



Paylaşın
Şərh Yazin

e-mail ünvanız dərc olunmayacaq.
Lazım alanlar qeyd olunur *

Xəbər Lenti

25 iyul 2017

14 mart 2017

13 mart 2017

10 mart 2017

08 mart 2017

17 fevral 2017

16 fevral 2017

13 fevral 2017

07 fevral 2017

23 yanvar 2017

17 yanvar 2017

16 yanvar 2017

12 yanvar 2017

10 yanvar 2017

09 yanvar 2017

06 yanvar 2017

05 yanvar 2017

30 dekabr 2016

28 dekabr 2016

16 dekabr 2016

15 dekabr 2016

14 dekabr 2016

13 dekabr 2016

09 dekabr 2016

08 dekabr 2016

07 dekabr 2016

06 dekabr 2016

02 dekabr 2016

30 noyabr 2016

29 noyabr 2016

28 noyabr 2016

25 noyabr 2016

24 noyabr 2016

23 noyabr 2016

Bütün xəbərlər

Facebook